Xidmətlər

Döşəmə təmizliyi

Parlaq döşəmələr istənilən məkanın ilkin təmizlik göstəricisidir. Onlarda yığılan çirk və mikroblar uzun müddət təmizlənməzsə, pis qoxu və döşəmə keyfiyyətinin azalması kimi mənfi nəticələrə səbəb ola bilir. Üstəlik, yerdə oynamağı sevən uşaqları bu vərdişlərindən uzaqlaşdırmaq da qəliz məsələdir. Bütün bunları nəzərə aldıqda döşəmələri təmiz saxlamağın önəmini aydın şəkildə görürük. Green Cleaning şirkəti olaraq ən müasir avadanlıqlar və illərin təcrübəsi sayəsində döşəmələri dərindən təmizləyir, parlaq görüntü ilə təmin edirik. İstifadə etdiyimiz orqanik məhsullar mikrobların qarşısını uzun müddət alaraq sağlam mühit yaradır. Bu isə həm döşəmələrin uzunmüddətli keyfiyyəti, həm fərah ab-hava, həm də yerlərdə oynamağı sevən uşaqların təhlükəsizliyi deməkdir.

Müraciət

XİDMƏT SİFARİŞ ET

Xidmətin növü
Ad və Soyad
Əlaqə nömrəsi

5.3K

Məmnun müştərilər

2K

Təmiz evlər

3K

Müsbət geridönüşlər