Şirkət

BİZ KİMİK?

Green Cleaning şirkəti olaraq əsas məqsədimiz təmizlikdə səmərəliliyi maksimuma çatdırarkən, təbiətə vurulan zərəri minimuma endirməkdir. Sadəcə məkanları deyil, dünyamızı da təmiz və sağlam saxlamaq üçün ekoloji zərərsiz məhsul və avadanlıqlardan istifadə edirik. Bu təmizlik məhsulları həm insan sağlamlığı üçün tam zərərsiz, həm də beynəlxalq təmizlik standartlarına cavab verən orqanik məhsullardır.

Əməkdaşlarımız müştərilərimizi sürətli, daim əlçatan və etibarlı təmizlik xidməti ilə təmin etmək üçün var gücü ilə çalışır. Onların mütəmadi olaraq keçirilən təlimlərdə iştirakı isə davamlı inkişafdan xəbər verir. Rahatlıqla deyə bilirik ki, Green Cleaning komandasının bir parçası olan hər kəs etibarlı, təcrübəli və bilikli mütəxəssislərdir.

5.3K

Məmnun müştərilər

2K

Təmiz evlər

3K

Müsbət geridönüşlər

Haqqımızda

NİYƏ BİZ

Green Cleaning şirkətini seçərək saysız üstünlüklərdən yararlanmış olursunuz! 

  • Beynəlxalq təmzilik standartları və gigiyenik qaydalara uyğunluq
  • Təbiətə və insan sağlamlığına zərərsiz Eco məhsullarla dərindən təmizlik
  • Sərfəli qiymətə yüksək keyfiyyət
  • Vaxta və əməyə qənaət