Yumşaq mebel təmizliyi
Demək olar istənilən yumşaq mebeldə toz və qida qırıntıları, həmçinin mürəkkəb ləkəsi kimi çıxarılması çətin ləkələrlə rastlaşırıq. Bunun əsas səbəbi isə həm gündəlik istifadə, həm də onların məkanlardakı toz və çirkin 80%-ə qədərini özlərinə çəkməsidir. Belə mebellərdən ləkələri çıxarmaq həm çətin və vaxt alan prosesdir, həm də mebelləri hər dəfə yumaq üçün daşımaq mümkün olmur. Xoşbəxtlikdən, bu problemdən qurtulmaq artıq çox asandır — sadəcə olaraq Green Cleaning mütəxəssislərinə müraciət edin. Təklif etdiyimiz yerində yuma və qurutma xidməti sayəsində bütün ləkələrdən qısa müddətdə qurtulacaqsınız. Təmizlik zamanı istifadə olunan bioloji məhsullar isə yumşaq mebellərinizin səthlərinə hoparaq onları uzun müddət zərərli mikroorqanizmlərdən qorumağa davam edəcək.